Qardaş ölkənin nüfuzlu nəşri “Hürriyet” başda olmaqla bir çox mətbu orqanlarında gedən bu iddialı fərziyyəni nəzərinizə çatdırırq.

Cem Sertesen adındakı bölgəsəl fllm çəkən sənət adamı Nuhun gəmisinin Ağrı vilayətinin Doğubayazit rayonunda olduğunu iddia etdi və “ Yer altı radar görüntülərində gəmi gövdəsi görüldüyü bütün çılpaqlığı ilə isbat olundu “ dedi.

O bunu orada düzənlənən 42 – cı “Nuhun gəmisi” turizm konfransındakı çıxışında söylədi. Onun fikrinə görə bütün dünya bu mifik gəminin Türkiyənin şərqində olduğunu qəbul edir. İddialara görə hələ 1985 – ci ilə Salih Bayraktutan adlı arxeoloq alim torpağın altında gəmi gövdəsinin olduğunu sübut edib və sadəcə orada qazıntı əməliyyatlarına başlamaq lazımdır.

Xatırladaq ki, bəzi alimlərimiz , tanınmışlar bu gəminin bir az da şərqə doğru istiqamətdə daha doğrusu Naxçıvanda yerləşdiyini iddia edirlər.

Картинки по запросу горе арарат нашли ноев ковчег