Картинки по запросу трамп и эрдоган

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Trump ilə görüşmədən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisinə getdiyi ABŞ-ın New York şəhərini tərk etdi. ABŞ səfərindən  əvvəl Tramp ilə ikitərəfli görüşdə “Suriyada təhlükəsiz bölgə mövzusunda müzakirə ediləcək” deyən Ərdoğan, Nyu Yorkda , yəni eyni şəhər və eyni tədbirdə olmasına rəğmən Trampla telefon danışığı və ümumi qəbuldə ənənəvi ailə   fotoşəkili ilə kifayətləndi.

Картинки по запросу эрдоган

Xatırladaq ki, NATO üzvü olan Türkiyənin  , bu il Rusiyadan uzaq mənzilli S – 400 raketlərin almasına qarşı  ABŞ başda olmaqla digər alyans üzvlərinin təpkisi hələ də davam edir.