Ölkədə ABŞ – ın yaxın iştirakı ilə keçirilən bir layihə yaxın zamanlarda qadın və kişi geyimlərində sözün əsl mənasında inqilabi dəyişikliyə gediləcəyindən xəbər verir. “Elmli islam” adlanan bu layihənin keçirdiyi tədbirlərlərdə kişi və qadın geyimlərində, xüsusən də başörtüsündə ciddi dəyişiklər nəzərə çarpır. Belə ki, qadın və kişilələrin ənənəvi başörtüləri daha müaisir görünüşü və mühafizəkarlıqdan uzaqlığı ilə diqqəti cəlb edir.

Layihə çərçivəsində məhşur musiqiçi Yanninin Riyad şəhərində verdiyi konsertdə tamaşaçıların, xüsusən də qadınların fəal iştirakı diqqəti cəlb etdi. Salonda bütün qadınların sifətlərini tam olaraq görmək mümkün idi ki, bu yaxın gələcəkdə böyük dəyişiklikdən xəbər verirdi.