Gələn həftə başlayacaq olan Milli Məclisin payız sessiyasında borc qalmaqalları və mandata qarşı olan hörmətsizliyi ilə gündəmə gələn Rəfail Cəbrəyılovun deputat fəaliyyətinə xitam veriləcəyi gözlənilir. Qeyd edək ki, millət vəkili Rafael Cəbrayılovun külli miqdarda borc müqabilində millət vəkili vəsiqəsini girov qoyması ictimaiyyətdə geniş əks səda doğurub və üzvü olduğu hakim partiya olan YAP – ın nüfuzuna ciddi zərbə vurub.

Xatırladaq ki, R.Cəbrayılovun ayrı-ayrı şəxslərə və AG Banka ümumilikdə 6 milyona yaxın borcu olduğu üzə çıxıb və onun qohumlarının adına olan əmlaklarının üzərinə həbs qoyulub.