Bu gün Bakı vaxı ilə saat 21.00 da İstanbul Türk Telekom Arenasında ölkənin iki ən köklü klubu Galatasaray və Fənərbaxça Türkiyə super liqasının 6 – cı turunda üz – üzə gələcək. Dünyanın ən böyük derbilərindən biri kimi də tanınan bu prinsipial matçı tanınmış hakim Cüneyt Çakır idarə edəcək. Azərbaycanda da çoxlu azarkeşi olan bu komandaların oyununa maraq çox böyükdür. Mütəxəssislərin rəyinə görə, Galatasaray qələbəyə bir addım daha yaxın görünür.