Hakim Ədalət və kalkınma partiyasının İstanbul millət vəkili Şirin Ünalın evində xidmətçi kimi çalışan Özbəkistan vətəndaşı 23 yaşlı Nadira Kadirova generalın tapançası ilə intihar edib.

İntihardan öncə o rəfiqəsi Leylanı arayaraq “ Çox pis şeylər oldu. Bundan sonra mən qardaşımın üzünə necə baxa biləcəm” deyib.

 Məsələ ilə bağlı təhqiqat aparılır. Mərhumənin cənazəsi Özbəkistana yola salınıb. Müxtəlif versiyalar irəli sürülür. Hüquq mühafizə orqanları, generalın nüfuzundan ehtiyat edərək  bu barədə sussalar da, ictimai fikirdə təcavüz iddiaları getdikcə daha çox səslənir.